Xocavəndin 11 kəndinin elektrik infrastrukturu yenilənir - 11 milyon ayrıldı

18:40 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocavənd rayonu Ağkənd, Qarakənd, Yenikənd, Heşan, Xocavənd, Qarazəmi, Quzumkənd, Qarqar, Cütcü, Tağaverd və Arakül yaşayış məntəqələrinin xarici və daxili elektrik infrastrukturunun yenidən qurulmasına sırf olunacaq vəsaitin həcmi məlum olub.

Hafta.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.

Məlumata əsasən, “Azərişıq” ASC bununla əlaqədar müvafiq hazırlıqları yekunlaşdırıb.

Belə ki, sözügedən kəndlərin xarici və daxili elektrik şəbəkəsi 35 və 0,4 kV-luq ÖİN şəbəkəsi ilə tam yenidənqurularaq elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulub.

Məlumata görə, yenidənqurma işlərini "19 saylı Tikinti Təmir İdarəsi" həyata keçirəcək.

Sözügedən işlərin icrasına 11 746 463 manat vəsait sərf olunacaq.